Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir

Oxunma vaxtı:20 Saniyə

Gürcüstan sülhün və münaqişələrin dialoq yolu ilə həllinin tərəfdarıdır.

“Report”un müxbirinin məlumatına görə, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, Cənubi Qafqaza regionun beynəlxalq miqyasda təsirini gücləndirmək üçün sülh lazımdır.

“Regionun tam potensialı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra üzə çıxa bilər. Yenə də ölkəmin dialoq və diplomatiya tərəfdarı olduğunu təsdiqləyirəm”, – Gürcüstan Prezidenti vurğulayıb.

Loading

Next Post

Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir […]