Bəqai: İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq

Oxunma vaxtı:33 Saniyə

İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında yazıb.

“Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir olunur”, paylaşımda bildirilib.

Bəqai İranla həmrəylik edən ölkələrin adlarını da açıqlayıb:

“İranlılar bütün dünyada, xüsusilə İraq, Yəmən, Livan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Fələstin və bir neçə Afrika ölkəsində, eləcə də Tacikistan, Azərbaycan, Meksika, Kuba, Yaponiya, Fransa, Böyük Britaniya, Braziliya və hətta Birləşmiş Ştatların öz daxilində İran xalqına qarşı qanunsuz müharibəyə qarşı müqavimətə öz həmrəyliyini və dəstəyini ifadə edənləri xatırlayacaqlar”.

Bəqai: İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Tbilisi prospekti, […]