Azərbaycanda sığortalılar elektron yolla müstəqil ekspert çağıra biləcəklər

Oxunma vaxtı:24 Saniyə

Azərbaycanda sığorta hadisəsi baş verən zaman müstəqil ekspertləri İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi üzərindən təyin etmək mümkün olacaq.

Bunu Büronun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

“Yol-nəqliyyat hadisəsi baş verdikdə qiymətləndirmə aparılır və bu, 7 iş günündə həyata keçirilməlidir. Əgər zərərçəkmiş qiymətləndirmədən narazı qalarsa, müstəqil ekspert təyin edilir. Bu məsələni artıq İSB-nin informasiya sistemi üzərindən həll etmək mümkün olacaq. Bu da zərərçəkmişə bütün prosesi izləmək imkanı verəcək”, – deyə o qeyd edib.

Loading

Next Post

Paşinyan və Koşta Münxendə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta fevralın 14-də Münxen konfransı çərçivəsində görüş keçirərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Bu barədə N.Paşinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Münxen konfransının kuluarlarında Avropa İttifaqı Şurasının prezidenti ilə fikir mübadiləsi aparılıb. Biz […]