Paşinyan və Koşta Münxendə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

Oxunma vaxtı:24 Saniyə

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta fevralın 14-də Münxen konfransı çərçivəsində görüş keçirərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Bu barədə N.Paşinyan “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Münxen konfransının kuluarlarında Avropa İttifaqı Şurasının prezidenti ilə fikir mübadiləsi aparılıb. Biz son regional hadisələr, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə müzakirələr apardıq”, – o bildirib.

N.Paşinyan həmçinin qeyd edib ki, görüşdə tərəfdaşlığın əsas məsələləri nəzərdən keçirilib.

Loading

Next Post

MN hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı müraciət edib

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib. “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş […]