Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Oxunma vaxtı:39 Saniyə

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə Prezidentini təbrik edib.

Türkiyə Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icra olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyi vurğulanıb.

Dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakından məmnunluqlarını bildiriblər.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin pandemiyaya qarşı mübarizədə qarşılıqlı dəstəyin önəmini qeyd ediblər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Atəşkəsə nəzarət üzrə birgə mərkəz xüsusi əhəmiyyət kəsb edir - Zakir Həsənov

Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başlayıb. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Ağdam rayonunda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzin açılışı zamanı Müdafiə naziri, general polkovnik Zakir Həsənov deyib. O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi […]