Ağadadaş Ağayev vəhşicəsinə döyüldü – Şok video

Oxunma vaxtı:34 Saniyə

Xəbər verdiyimiz kimi, Ağadadaş Ağayevi “Medera” xəstrəxanasının müfahizəçisi döyüb.

Olayı əks etdirən görüntünü təqdim edirik:

Qeyd edək ki, Ağadadaş Ağayev qulağından əməliyyat olunub, bu gün səhər saatlarında isə özünü yaxşı hiss etmədiyi üçün evinin önündə olan “Medera” klinikasının mühafizəçisindən həkim göndərilməsini xahiş edib. Mühafizəçi ona kobud cavab verib və mübahisə yaranıb. Bu zaman mühafizəçi xalq artıstini döyüb, daha sonra evə gedən A.Ağayev balta ilə qayıdıb və onu mühafizəçiyə atıb.

Baltanın klinikada çalışan işçilərdən birinin ayağını zədələdiyi haqda məlumat yayılsa da, videoda fərqli mənzərə ortaya çıxır. Belə ki, baltanın kiməsə dəymədiyi, yerə düşdüyü, əvəzində isə mühafizəçinin xalq artistini qəddarcasına döydüyü, yerə yıxıldıqdan sonra belə Ağayevi təpiklədiyi aydın olur.(Axar)

Loading

Next Post

Prezidentdən Məleykə Abbaszadə ilə bağlı - Sərəncam

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.