Xəzər rayonunda avtomobil yollarının yenidən qurulması işlərinə beş milyon manat ayrıldı

Oxunma vaxtı:33 Saniyə

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam verib.

Doğrusöztv.Az xəbər verir ki, Sərəncamda deyilir:

– Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Tədris prosesində hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA

Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib. O bildirib ki, əgər kiminsə, əks-göstəriş sertifikatı varsa, o, tədrisdə sərbəst iştirak edə biləcək: “Lakin səhhətində problem varsa, onların sağlamlıqları üçün özlərinin razılığı […]