Fərid Qayıbov: “Güləş Azərbaycan üçün vacib idman növüdür”

Oxunma vaxtı:31 Saniyə

Güləş Azərbaycan üçün vacib idman növüdür.

Bunu gənclər və idman naziri Fərid Qayıbov güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.

O, ölkədə güləşin inkişaf etdiyini söyləyib:

“Öncə hər birinizi Yeni İl münasibətilə təbrik edirəm və idmançılarımıza yeni-yeni nailiyyətlər arzu edirəm. Güləş bizim üçün ənənəvi idman növüdür, bunu dəfələrlə ölkə başçısı da vurğulayıb. İdmançılarımız ənənəvi olaraq Avropa və dünya çempionatlarında bizi öz medalları ilə sevindirirlər. ​İ məhz Azərbaycan çempionatı ilə başlayır.

​İnanıram ki, bu çempionatda biz yeni ulduzların adlarını biləcəyik. ​İdmançılarımız ciddi hazırlaşıblar və bizi maraqlı görüşlər gözləyir”.

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.

Loading

Next Post

BİZİM TƏQVİM:Yanvarın 9-da baş vermiş tarixi hadisələr

9 yanvar 1905-ci ildə çar II Nikolayın göstərişi ilə paytaxt Sankt-Peterburqdakı Qış Sarayının qarşısına toplanan minlərlə fəhlə, uşaq və qadın Romanovlar ordusu tərəfindən gülləyə tutulub. Rusiya tarixinə “Qanlı bazar” adı ilə düşən hadisədə 139 adam həyatını itirib. Bundan sonra fəhlələr ümumi tətil elan ediblər.  Bəs, 9 yanvarda daha hansı hadisələr […]