Bakıdan Saratova uçan təyyarə Xəzərə düşüb – 33 nəfərin öldüyü qəzanın təfərrüatı

alfonsonri
Oxunma vaxtı:54 Saniyə

AZƏRBAYCANDA AVİAQƏZALAR SİLSİLƏSİNDƏN 8-Cİ YAZI

23 aprel 1966-cı il, Bakı.

Bakıda şiddətli külək və yağış var, 10 addım qabağı görmək mümkün deyil.

Dogrusoztv.az lent.az-a istinadən xəbər verir ki, belə hava şəraitində saat 07.42-də Bakı-Saratov reysi ilə uçan İl-14 tipli təyyarə Binə aeroportundan havaya qalxır. Təyyarə yerdən aralandıqdan sonra pilot sol mühərrikdə problem olduğunu deyərək geri qayıtmağa qərar verir. 07.59-da hər 2 mühərrikin kəskin soyuması barədə məruzə edilir. 08.02-də komandir 200 metr yüksəkdə olduğunu bildirir. Məlum olur ki, dumana görə pilotlar aeroportu görməyərək uçuş zolağında yan keçərək dənizin üstü ilə uçurlar. 5 saniyə sonra təyyarədən SOS siqnalı gəlir: “suya enirik”. Əlaqə kəsilir.

Sovet ordusunun Xəzərdəki hərbi gəmiləri dərhal həyəcan siqnalı ilə qaldırılır. Axtarışlar heç bir fayda vermədiyi üçün əməliyyat 3 gün sonra dayandırılır. Xəzər dənizi 5 ekipaj üzvü və 28 sərnişin olmaqla 33 nəfərə məzar olur. 

Hadisədən 6 ay sonra hərbi gəmilər təyyarənin qalıqlarını təsadüfən Böyük Zirə adasından 20 km cənubda 23 metr dərinlikdə tapır. Təyyarə sahilə çıxarılsa da, mühərriklərin dayanmasının səbəblərini müəyyən etmək mümkün olmur. 

Loading

Next Post

Azyaşlı nəvəsinin öldüyünü deyən qadının yalanı üzə çıxdı

Bərdədə yaşayan qadın azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia edib.Məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır, ata-anasının yanındadır:“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə […]