Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm – Ərdoğan

Oxunma vaxtı:30 Saniyə

ATƏT-in Minsk qrupu vasitiəçi qrupdur, Fransa həmsədr ölkə olaraq vasitəçi kimi çıxış etməlidir.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnaməsini şərh edərkən deyib.

O bildirib ki, son addımları ilə Fransa vasitəçilik hüququnu itirib. Fransa ilk növbədə prezident Emmanuel Makrondan canını qurtarmalıdır:

“Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq. Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. O dedi ki, Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin. Mən də eyni şeyi tövsiyə edirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

4 dekabr 2020-ci il tarixində “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib. Doğrusöztv.Az-ın məlumatına görə, mərasim COVID 19 pandemiyası şəraitinə uyğun onlayn formada təşkil olunub. 4-6 dekabr tarixini əhatə edəcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət […]