Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır – MN

Oxunma vaxtı:33 Saniyə

Son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətində döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov deyib ki, Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır. Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistan Azərbaycana qarşı qarayaxma kampaniyası ilə cinayətlərini ört-basdır etməyə çalışır - XİN

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək məqsədilə Ermənistanın dövlət təbliğatı ənənəvi olaraq saxta xəbərlərin hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olur. Bu qarayaxma kampaniyasının əsas məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT-nin Təhlükəsizlik Şurası daxil olmaqla, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş […]