Azyaşlı nəvəsinin öldüyünü deyən qadının yalanı üzə çıxdı

alfonsonri
Oxunma vaxtı:45 Saniyə

Bərdədə yaşayan qadın azyaşlı nəvəsinin klinikaların birində öldüyünü iddia edib.
Məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanlı bildirib ki, qadının dedikləri həqiqətə uyğun deyil. Onun sözlərinə görə, 11 yaşlı uşaq sağ-salamatdır, ata-anasının yanındadır:
“Halbuki nənə uşağın hər iki valideyninin vəfat etdiyini söyləmişdi. Nənə uşağın artıq dəfn olunduğunu da deyirdi və məsələnin araşdırılmasını israrla istəmirdi. Yəqin azyaşlının əməliyyatı üçün yığdığı vəsaiti də bununla unutdurmaq istəyirmiş. Özünü yazıq biri kimi təqdim edən qadın sadəcə dilənçiliyi, insanları aldadaraq “yetimdir” deyib pul dilənməyi özünə peşə seçibmiş. Həyətlərində 2 evi və maşınları da var. Məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırıldı və  həqiqət üzə çıxdı. Nənə bu əməlinə görə qanun qarşısında cavab verəcək”.
Qeyd edək ki, hüquq müdafiəçisi Kəmalə Ağazadə də bu gün məlumat paylaşaraq həmin qadının nəvəsini dilənçiliyə məcbur etdiyini bildirib və görüntülərini yayıb.

Loading

Next Post

İrəvanda partlayış, ölən var

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində partlayış baş verib. Dogrusoztv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Partlayış elektrik sistemlərinin quraşdırılması ilə məşğul olan “Vellar Qrup”un ərazisində baş verib.