“Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki ən önəmli təhdiddir” – Çavuşoğlu

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Türkiyə NATO-nun açıq qapı siyasətinə heç bir zaman qarşı olmayıb.

Bu barədə Praqada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransı zamanı deyib.

O, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini xatırladaraq, Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki ən önəmli təhdid olduğunu qeyd edib. Nazir əlavə edib ki, təşkilat çərçivəsində bütün müttəfiqlərin narahatlıqları nəzərə alınmalıdır və Türkiyə İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı öz fikrini tərəflərə çatdırıb.

Loading

Next Post

Azərbaycanda tələbə İNTİHAR ETDİ

Cəlilabadda 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asaraq intihar edib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır.(report)