ABŞ-də “TikTok” qadağan edilir

Oxunma vaxtı:23 Saniyə

“TikTok” sosial şəbəkəsi ABŞ-də qadağan edilə bilər.

ABŞ-də təklif edilən yeni qanun layihəsi ölkə vətəndaşlarının xaricilər tərəfindən nəzarət olunan tətbiqlərdən qorunmasını nəzərdə tutur.

ABŞ prezidenti Co Bayden qanun layihəsi qəbul olunacağı təqdirdə onu imzalayacağını bildirib.

Qeyd edək ki, sözügedən qanun layihəsi martın 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsi tərəfindən təsdiqlənib. ABŞ Konqresinin aşağı palatasının gələn həftə qanun layihəsini nəzərdən keçirəcəyi gözlənilir. Sənəd prezident Baydenə təqdim olunmazdan əvvəl Senatın da təsdiqini almalıdır.

Loading

Next Post

İslam vahidliyə çağırış edən bir dindir

İndoneziyada alimlər birliyi, elm adamları tərəfindən İslam dini ilə bağlı eyni fikirlər formalaşmaqdadır. Əlbəttə burada alimlərin və cəmiyyətlərin üzərinə düşən vəzifələr var. Əvvəla, inkişaf etmək üçün tolerantlıq prinsinplərinə əsaslanmaq lazımdır. İslam vahidliyə çağırış edən bir dindir və bu da cəmiyyətləri, birlikləri dərindən başa düşməyə kömək edir. Bu fikirləri İndoneziyanın “Nahdlatul […]