Polşa “Patriot” zenit-raket komplekslərini Ukraynaya ötürə bilməyəcək

Oxunma vaxtı:23 Saniyə

Varşava “Patriot” zenit-raket komplekslərini Kiyevə ötürə bilməyəcək, çünki ölkənin özünün hava və raketdən müdafiə sistemləri yoxdur.

Bunu Polşa Prezidenti Anjey Duda jurnalistlərə açıqlamasında bildirib.

“Polşanın raketdən müdafiə sistemi yoxdur, biz onu yeni hazırlamağa başlayırıq. Ölkənin Ukraynaya verə biləcək heç nəyi yoxdur, hətta biz istəsək də”, – o vurğulayıb.

A.Duda Varşavanın arsenalında olan sovet istehsalı raketləri Kiyevə ötürmək planlarını da açıqlayıb və ölkəyə qayıdandan sonra bu məsələni müdafiə idarəsinin rəhbərliyi ilə müzakirə edəcəyini bildirib.(TASS)

Loading

Next Post

“Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər”

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona  300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyini bildirib: “Azərbaycanda ikiqat, üçqat mübarizə […]