Çempionlar Liqası: İstanbul finalının biletləri satışa çıxarıldı

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.

UEFA-nın yaydığı məlumata görə, 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün açıqdır və satış qurumun saytında həyata keçirilir. 20 min bilet finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub. Qalan biletlər yerli təşkilat strukturu, UEFA, UEFA-ya üzv assosiasiyalar, kommersiya tərəfdaşları və yayımçılar üçündür.

Biletlər dörd kateqoriya üzrə fərqli qiymətlərə satılır və qiymətlər 70 avro ilə 690 avro arasında dəyişir.

Qeyd edək ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək final matçı iyunun 10-da baş tutacaq.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinalında “Real” (Madrid) “Mançester Siti”, “Milan” “İnter”lə üz-üzə gələcək.

Loading

Next Post

Bakıda bu yollar da bağlanır - SİYAHI

Bakıda daha bir neçə yol “Formula 1” üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib. Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq. Buna […]