Bakıda bu yollar da bağlanır – SİYAHI

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Bakıda daha bir neçə yol “Formula 1” üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Loading

Next Post

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda 15 yaşlı qız itkin düşüb. Ötən gün saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 13/14-də yaşayan 1982-ci il təvəllüdlü Hümbətov Mehralı Dilman oğlu Xətai RPİ-nin 37-ci PŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı 28.08.2008-ci il təvəllüdlü Hümbətova Mələk Mehralı qızı […]