Baş nazir təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

Oxunma vaxtı:26 Saniyə

“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Əli Əsədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev qəzada həlak olan ekipaj üzvlərinin məzarlarına gül dəstələri qoyublar.

Loading

Next Post

Ermənistan İranla strateji tərəfdaşlıq sənədini imzalamaq istəyir

Ermənistan İranla strateji tərəfdaşlıq sənədini imzalamağı nəzərdə tutur. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirilən brifinqdə bildirib. “Bizim İran İslam Respublikası ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Biz həmçinin İranla strateji tərəfdaşlıq sənədini imzalamağa çalışırıq”, — Ermənistan Baş naziri vurğulayıb.