Spiker: Ermənistanda seçkilər bu həftə keçirilərsə, hakim partiya 50 %-dən çox səs toplayacaq

Oxunma vaxtı:22 Saniyə

Ermənistanda parlament seçkiləri bu həftə keçirilərsə, hakim “Vətəndaş müqaviləsi” partiyası 50 %-dən çox səs toplayacaq.

Bu fikri ölkə parlamentinin sədri Alen Simonyan səsləndirib.

“Sorğular da göstərir ki, hakim partiya birinci yerdədir və əhali tərəfindən daha çox dəstəklənir… Əminəm ki, əgər seçkilər bu cümə günü keçirilərsə, “Vətəndaş müqaviləsi” 50 %+ səs toplayaraq qalib gələcək”, – A.Simonyan bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim partiyaya dəstək böyük ehtimalla daha çox olacaq.

Loading

Next Post

Mərakeş Krallığının şahzadəsi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub. Lalla Hasnaa həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad […]