DYP azyaşlıların moped və motosiklet idarə etməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib

Oxunma vaxtı:44 Saniyə

Azyaşlı uşaqların moped və motosiklet idarə etməsi yolverilməzdir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər:

“Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Qeyd olunmalıdır ki, son zamanlar azyaşlı uşaqların moped və motosikletləri əyləncə məqsədilə ümumi istifadədə olan yollarda idarə etməsi hallarına rast gəlinir. Bu, həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də onların sağlamlığı və həyatının birbaşa təhlükə altına düşməsi deməkdir. Unudulmamalıdır ki, nəqliyyat vasitəsini idarə etmək xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir və uşaqların belə hərəkətlərə yol verməsi qanunla qadağandır”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə müraciət edərək övladlarının bu kimi təhlükəli hərəkətlərinə laqeyd qalmamağa, onlara ciddi nəzarət etməyə çağırır.

Loading

Next Post

Ötən il kollec və universitetlərdə təhsil alan qadınların sayı kişilərin sayından çox olub

Ötən il 63 min 361 nəfər orta ixtisas təhsili müəssisələrində (kollec) təhsil alıb, onlardan 39 min 758-i qadın olub. Bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuədə əks olunub. Məlumata əsasən, 2024-cü ildə ali təhsil müəssisələrində 246 min 529 tələbə olub, onlardan 126 min 92-si qadındır. Onu […]