Mərakeş Krallığının şahzadəsi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Oxunma vaxtı:24 Saniyə

Azərbaycanda səfərdə olan Mərakeş Krallığının şahzadəsi Lalla Hasnaa mayın 5-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Lalla Hasnaa həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Loading

Next Post

Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib. Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı […]