Milli Məclis hökumətin hesabatını qəbul edib – YENİLƏNİB

Oxunma vaxtı:27 Saniyə

Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib.

Hesabat qəbul edildikdən sonra Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirir, qaldırılan məsələlərə aydınlıq gətirir.

***

Hökumət Milli Məclisdə hesabat verir.

Baş nazir Əli Əsədov hesabatı təqdim edir.

Onun sözlərinə görə, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir:

“Hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır”. 

Məlumata görə, parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə ediləcək.

Loading

Next Post

Səudiyyə Ərəbistanı XİN: Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır. Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda vurğulanır ki, Ər-Riyad bu sazişin Cənubi Qafqazda sabitlik və inkişafın yeni mərhələsi üçün təməl olacağına ümid edir. “Krallıq beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, həmçinin inkişaf və rifah […]