Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.

Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Loading

Next Post

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

15 iyul gecəsi dost və qardaş olan Azərbaycan xalqı da Türkiyənin yanında oldu. Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində jurnalistlərə açıqlamasında deyib. “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki çevriliş cəhdinə qarşı olmasına və Prezident Rəcəb Tayyib Ərdoğana […]