Fərid Əhmədov ictimai şuranın üzvləri ilə gələcək planları müzakirə edib

Oxunma vaxtı:28 Saniyə

Ədliyyə naziri Fərid Əhmədov Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə nazirlik tərəfindən ədliyyə sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma istiqamətində atılan addımlar və gələcək planlar müzakirə olunub.

F.Əhmədov İctimai şura üzvlərinin təklif və rəylərini dinləyərək, onların bu prosesdəki rolunu və Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə iştirakçılar ədliyyə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində fikir və təşəbbüslərini bölüşüblər.

Sonda İctimai şura üzvləri səmimi görüşə görə təşəkkürlərini bildirərək, bu cür dialoqun davamlı olmasının vacibliyini qeyd ediblər.

Loading

Next Post

XİN başçısının müavini: İran və Azərbaycan arasında münasibətləri öz məcrasına qaytarmağa çalışırıq

İran və Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir.Bunu İran xarici işlər nazirinin müavini, həmçinin bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.  O qeyd edib ki, bölgədə İran və Azərbaycan qədər bir-birinə sıx bağlı olan […]