XİN başçısının müavini: İran və Azərbaycan arasında münasibətləri öz məcrasına qaytarmağa çalışırıq

Oxunma vaxtı:23 Saniyə

İran və Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir.

Bunu İran xarici işlər nazirinin müavini, həmçinin bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, bölgədə İran və Azərbaycan qədər bir-birinə sıx bağlı olan başqa iki ölkə yoxdur:

“Xalqlarımız da bir-birinə çox bağlıdır. İki ölkə arasında yaranan hansısa süni maneələri aradan qaldırmağa, münasibətləri öz məcrasına qaytarmağa çalışırıq”.

Loading

Next Post

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Mayın 5-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, […]