Deputatlar İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü dəstəkləyib

Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü minlərlə ailəyə sevinc gətirəcək.

Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bugünkü plenar iclasında deyib.

“Bu, minlərlə ailəyə sevinc gətirəcək addımdır. Dövlət başçısının təşəbbüsünü dəstəkləyirəm”, – o qeyd edib.

Milli Məclisin digər üzvü Bəhruz Məhərrəmov isə bildirib ki, Azərbaycan liderinin amnistiya elan edilməsi təşəbbüsü dövlətin öz vətəndaşına sahib çıxmağı bacardığını göstərir:

“Son amnistiya təşəbbüsü göstərir ki, Azərbaycan dövləti və lideri öz vətəndaşına sahib çıxmağı bacarır. Yəni kənar saxta hüquq-müdafiə təşəbbüslərinə ehtiyac yoxdur”.

Xatırladaq ki, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Loading

Next Post

Parlament Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib

Milli Məclis Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib. Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.