Parlament Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib

Oxunma vaxtı:14 Saniyə

Milli Məclis Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Loading

Next Post

Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması ilə bağlı dəyişikliklər ilk oxunuşda qəbul edilib

Milli Məclis maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın […]