Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

Oxunma vaxtı:20 Saniyə

Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir:

“Ölkəmiz iki dövlət arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

Loading

Next Post

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Dünyaşöhrətli rejissor Kristofer Nolanın böyük maraqla qarşılanan “Odissey” filmi ilə bağlı yeni kibertəhlükə aşkarlanıb. Film hələ rəqəmsal platformalarda yayımlanmasa da, internetdə onun pirat nüsxələri adı altında yayılan saxta faylların istifadəçilərin kompüterlərinə məlumat oğurlayan zərərli proqram yüklədiyi müəyyənləşdirilib. “Bitdefender” kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, kibercinayətkarlar “Odissey” filminin pirat versiyası görüntüsü yaradan saxta […]