Xocalı soyqırımı mövzusuna həsr edilmiş “Xocalı soyqırımını unutmayaq” sosial layihələr müsabiqəsi keçirilir

Oxunma vaxtı:58 Saniyə

“Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər üçün “Xocalı soyqırımını unutmayaq” adlı layihə müsabiqəsini elan edir. Müsabiqəyə mövcud karantin rejiminin tələblərinə uyğun olaraq sosial platformalar üzərindən Xocalı soyqırımı həqiqətlərini geniş auditoriyaya çatdıracaq layihələr qəbul olunur.

Doğrusöztv.Az-ın məlumatına görə, müsabiqədə iştirak etmək istəyənlər layihə təkliflərini 22 fevral tarixinədək GəncApp mobil tətbiqi üzərindən təqdim edə bilərlər. Bir iştirakçı bir neçə layihə təklifi təqdim edə bilər. Münsiflər heyətinin qiymətləndirməsi əsasında ən yaxşı 10 layihənin maliyyələşdirilməsi (hər biri 1000 manat məbləğində) nəzərdə tutulur.

Müsabiqə ilə bağlı suallar (+99412) 4989590 və (+994 12) 5050150 əlaqə telefonları ilə, eyni zamanda rəsmi elektron poçt ünvanları (office@youthfoundation.azinfo@riib.az) ilə cavablandırılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamələr qəbul edilmişdir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İqtisadi Şura haqqında Əsasnamə təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə […]