Orucun daha bir inanılmaz faydası ortaya çıxdı

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Sağlam qidalanma mütəxəssisi Şilan Alyamaçın sözlərinə görə, oruc tutanlarda aktivləşən “sirtuin geni” bədəni həm cavanlaşdırır, həm də yaşlanmanı ləngidir.

Ekspert qeyd edib ki, bu dövr, əslində orqanizm üçün bir növ bərpa prosesi olan “autofagiya” hadisəsini tətikləyir.

Mütəxəssis əlavə edib ki, sirtuin adlı genlər aclıqla aktivləşməyə başlayır ki, onun sayəsində 1 il 4 və ya 6 ay cavanlaşma və uzunömürlülük əldə etmək mümkündür.

“Laboratoriyada aparılan araşdırmada məlum olub ki, heyvanların qidaları və toxluğu 40 faiz azaldıqda, 1 il 4 və 6 ay cavanlaşıblar, eyni zamanda ömürləri uzanıb. Sirtuin geni insan ac olduğu zaman ifraz olunur, ömür müddəti də uzanır.

Laboratoriya siçanları və meymunları daha yaşlı, tükləri tökülmüş vəziyyətdə olub, yaralarının isə gec sağaldığı qeydə alınıb. Ac eksperiment heyvanlarının isə daha uzun ömür sürdüyü və sağlam olduqları sübut edilib”, – Şilan Alyamaç bildirib. (publika.az)

Loading

Next Post

Laçın-Xankəndi yolundakı aksiyanın 115-ci GÜNÜ

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 115 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi […]