Laçın-Xankəndi yolundakı aksiyanın 113-cü GÜNÜ

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 113 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Loading

Next Post

Azərbaycanlı və erməni hərbçilər arasında dava? – Hraparak

Ermənistanın “Hraparak” nəşri Azərbaycan Ordusunun əsgərləri ilə erməni əsgərlər arasında “əlbəyaxa” dava olduğu haqda məlumat yayıb. Erməni mediası “öz mənbəsinə” istinadla Dağ/Dığ-Gorunzur (Tez-Kornidzor) istiqamətində Ordumuz mövqe tutarkən, erməni əsgərlərlə “əlbəyaxa dava” etdiyini iddia edib. Qeyd edək ki, sözügedən görüntülər ötən gündən sosial şəbəkələrdə yayılıb. O görüntülərdə Azərbaycan əsgərinin “əlbəyaxa dava”sı […]