Rəşad Dağlının həbs müddəti uzadıldı

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Dogrusoztv.az- ın məlumatına görə, bununla bağlı Qaradağ Rayon Məhkəməsində qərar qəbul olunub. Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İskındəri öz maşını ilə götürüb Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.

Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.

Loading

Next Post

Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video

Bu gün Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketdə baş vermiş silahlı basqının görüntüləri yayılıb. Görüntülərdən hadisənin 2 nəfər tərəfindən törədilməsi məlum olur. Belə ki, hipermarketin giriş hissəsindəki bankomatda inkassatorun pulları çıxardığı vaxt bir nəfərin tapança ilə daxil olaraq atəş açdğı görünür. Bu zaman inkassatorun mühafizəçisi silahlı müqavimət göstərməyə çalışır və […]