“İsrailin bu sahədə böyük nailiyyətlər əldə etdiyini bilirik” – Prezident

alfonsonri
Oxunma vaxtı:42 Saniyə

“Azərbaycan uzun illərdir ki, İsrail üçün etibarlı xam neft tədarükçüsü olmaqda davam edir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib.

“Bu, enerji sektorunda sıx əməkdaşlığı nümayiş etdirir. Bu gün biz enerji sektorunda əməkdaşlığı necə genişləndirə biləcəyimizi müzakirə etdik, çünki investisiya və interkonnektorların yaradılması layihələrində böyük imkanlar görürük”, – dövlət başçısı bildirib.

Prezident görüş zamanı suvarma və kənd təsərrüfatı sahəsində planların da müzakirə edildiyini nəzərə çatdırıb: “Biz İsrailin bu sahədə böyük nailiyyətlər əldə etdiyini bilirik və bu müsbət təcrübədən kənd təsərrüfatımızın məhsuldarlığını artırmaq, ixrac bazarlarımızı şaxələndirmək üçün istifadə etmək istəyirik”.

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın digər istiqaməti kibertəhlükəsizlik sahəsidir. “Bu sahədə əməkdaşlıqla bağlı fəal müzakirələrin başladığına çox şadıq. Bu gün kibertəhlükəsizlik hər bir ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsidir”, – dövlət başçısı deyib və Azərbaycanın bu sahədə İsrail təcrübəsindən yararlanmağa hazır olduğunu əlavə edib.

Loading

Next Post

İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - Foto

“Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm”. Bunu Bakıda rəsmi səfərdə olan İsrail Prezidenti İshaq Hersoq öz tviter hesabında Azərbaycan dilində etdiyi paylaşımda qeyd edib. “İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq […]