Azərbaycanda silahlı insident: yaralanan var

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Bərdə sakini qonşusunu tüfənglə yaralayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Loading

Next Post

Azərbaycanda kömür sexində PARTLAYIŞ - Ölənlər var (YENİLƏNİB)

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək […]