Azərbaycanda kömür sexində PARTLAYIŞ – Ölənlər var (YENİLƏNİB)

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, kömür sexində partlayış olub, 2 nəfər ölüb.

Hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

Loading

Next Post

Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı maraqlı açıqlama verdi - Video

Son vaxtlar Azərbaycan futbolunun gündəmində olan mövzulardan biri də Musa Qurbanlının İtaliya “Torino”suna keçidi ilə bağlı yayılan xəbərlər idi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu xəbərlərin düzgün olmadığını bildirdi. Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Musa Qurbanlının İtaliya mediasında dərc olunan transfer xəbərləri həyəcan verir: “Əlbəttə, hər birimiz futbolçularımızın […]