MSK-nın iclası başladı: seçkilərə yekun vurulur

Oxunma vaxtı:18 Saniyə

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılır.

MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxacaqlar.

Loading

Next Post

Məhsa Əmininin ildönümü - İran polisi hərəkətə keçdi

2022-ci ilin sentyabr ayında məcburi hicab qaydalarını pozduğuna görə Tehranda əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsa Əmininin ikinci ildönümünün keçirilməsinə icazə verilməyib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. İranın təhlükəsizlik məmurları M.Əmininin valideynlərinin yaşadığı Saqqız şəhərindəki evlərini mühasirəyə alıb, evdə və qəbiristanlıqda yas mərasimini qadağan ediblər. Şəhərdə təhlükəsizlik tədbirləri […]