Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı maraqlı açıqlama verdi – Video

alfonsonri
Oxunma vaxtı:37 Saniyə

Son vaxtlar Azərbaycan futbolunun gündəmində olan mövzulardan biri də Musa Qurbanlının İtaliya “Torino”suna keçidi ilə bağlı yayılan xəbərlər idi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu xəbərlərin düzgün olmadığını bildirdi.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Musa Qurbanlının İtaliya mediasında dərc olunan transfer xəbərləri həyəcan verir:

“Əlbəttə, hər birimiz futbolçularımızın legioner həyatı yaşamağını çox istəyirik. Milli komandamızın inkişafı baxımından bu, çox vacibdir. Musa ölkə futbolunun gələcəyi naminə önəmli fiqurdur. Onun mövqe seçimi, fiziki mübarizliyi, qolu hiss etmə bacarığı çox diqqət çəkir. Hazırda skoutların onu izləməsi heç də təəccüb doğurmamalıdır.

Əldə etdiyimiz özəl xəbəri diqqətinizə çatdırım. Musa Qurbanlı gələn mövsüm Türkiyə Super Liqa təmsilçilərindən birinin formasını geyə bilər. Çünki bir neçə klubun diqqət mərkəzindədir”.

Loading

Next Post

Şuşada yaralanan hərbçilərimiz belə təxliyə olundu - VİDEO

Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistanın növbəti təxribatı nəticəsində minaya düşərək yaralanan hərbi qulluqçularımız Laçın yolu vasitəsilə təxliyə olunub. Minaya düşən 3 hərbi qulluqçumuza hadisə baş verən zaman təxirəsalınmaz tibbi yardım göstərilib. Dərhal hərbi qulluqçularımız hərbi tibbi yardım maşınları vasitəsilə yaxınlıqda olan tibb müəssisələrindən birinə aparılıb.