Premyer Liqanın X turunda bu gün daha iki oyun keçiriləcək

DogruSozTv Az
Oxunma vaxtı:49 Saniyə

Misli Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək.

Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək.

Matç saat 14:00-da başlayacaq.

Ardınca “Neftçi” autsayder “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

“Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.

“Zirə” 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan “Neftçi” səkkizinci, 5 xala malik “Karvan-Yevlax” onbirincidir. Cari mövsüm cəmi 1 qələbəsi olan “Kəpəz” 3 xalla sonuncu – onikinci pillədə yer alıb.

Misli Premyer Liqası

I dövrə, X tur

1 noyabr

14:00. “Karvan-Yevlax” – “Zirə”

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.

VAR: Elçin Məsiyev.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elman Musayev.

Şamaxı şəhər stadionu

17:00. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Rauf Cabarov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

“Palms Sports Arena”

Qeyd edək ki, turun açılış qarşılaşmasında “Qarabağ” “İmişli”ni iki cavabsız qolla üstələyib.

Loading

Next Post

BDYPİ-dən çağırış: Həftəsonu istirahəti faciəyə çevrilməsin – yollarda diqqətli olun!

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu istirahətə gedən sürücülərə müraciət edib. Nazirlikdən  verilən məlumata görə, həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin […]