“Qarabağ”ın Niderlanda səfər planı müəyyənləşib

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə ilk görüş üçün Niderlanda səfər planı müəyyənləşib.

Bu barədə Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi komandanın oyundan bir gün əvvəl, günorta saatlarında yola düşəcəyini söyləyib.

Komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı Bakıda baş tutacaq. 54 yaşlı mütəxəssis avqustun 19-da, saat 11:00-da “Azəsun Arena”da jurnalistlər önünə çıxacaq.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Loading

Next Post

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, avqustun 20-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd […]