“Ferrari”nin rəhbəri: Lekler və Saynsla Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik

Oxunma vaxtı:27 Saniyə

Şarl Lekler və Karlos Saynsla Bakıda hər şeyi mükəmməl şəkildə yerinə yetirməyi hədəfləyəcəyik.

Bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının rəhbəri Frederik Vasseu Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, İtaliya təmsilçisinin Bakıda hər zaman rəqabət apara bildiyini söyləyib:

“Biz yaxşı iş görmək istəyirik. İlk olaraq diqqətimizi özümüzə yönəltməyimiz vacibdir. Montsadakı qələbədən sonra əhval-ruhiyyə yüksəkdir. Hazırda bu formanı qoruyub saxlamaqda qərarlıyıq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq. “Ferrari” pilotu Şarl Lekler Bakıdakı yarışdan əvvəl İtaliya Qran-prisinin qalibi olub.

Loading

Next Post

Frank Şvabe Don Kixotluq edir: Satılmış siyasətçilər özləri ilə vuruşurlar - ŞƏRH

Artıq bir neçə ildir ki, Qərb dairələrində Azərbaycana qarşı kampaniya başladılıb. Bunun əsas səbəbi bir çox ölkənin və beynəlxalq təşkilatın rəsmi Bakının geosiyasi proseslərə istiqamət verən aktor olmasını qəbul etməməsi, sadə dillə desək, gözü götürməməsidir. Belə ki, çoxlarına məlum olduğu kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatından sonra […]