Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Oxunma vaxtı:38 Saniyə


İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatılacağı sessiyada “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.

Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.

Sessiya iyunun 25-də başa çatacaq.

Loading

Next Post

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

ABŞ və İran arasında sülh haqqında ilkin razılaşma sənədi imzalanıb. Sənədin əvvəl iyunun 19-da İsveçrənin Cenevrə şəhərində təntənəli mərasimlə reallaşdırılacağına dair xəbərlər yayıldı. Hətta, G7-nin Fransada keçirilən zirvə toplantısında qrupun üzvü olan dövlətlərin liderlərinin iştirakı ilə imzalanma tədbirinin keçirilməsi də gözlənilirdi. Ancaq bunların heç biri baş vermədi. ABŞ Prezidenti Donald […]