Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir

DogruSozTv Az
Oxunma vaxtı:44 Saniyə

Misli Premyer Liqasında IV tura bu gün start veriləcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Əvvəlcə “Qəbələ” evdə “İmişli” ilə üz-üzə gələcək. Qonaqlar 4 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 10-cu pillədə qərarlaşan meydan sahibləri 1 xala malikdir.

Günün son matçında “Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Gəncə təmsilçisi 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 2 xalı olan “Şamaxı” doqquzuncudur.

Misli Premyer Liqası

I dövrə, IV tur

4 sentyabr

18:00. “Qəbələ” – “İmişli”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.

VAR: Rəşad Əhmədov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Qəbələ şəhər stadionu

20:15. “Kəpəz” – “Şamaxı”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.

VAR: Nicat İsmayıllı.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elman Musayev.

Gəncə şəhər stadionu

Qeyd edək ki, IV tura sentyabrın 6-da yekun vurulacaq.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib. Bu barədə İlham Əliyevin “X” sosial media hesabında paylaşım edilib. “İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram. Bu tarixi […]