“Mən öz mədəniyyətimi göstərdim” – Erməni təxribatı ilə üzləşən idmançımız

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim.

Bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib.

O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib: “Yarışa komanda olaraq həm fiziki , həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə əhəmiyyət verməyək. Mən də öz mədəniyyətimi göstərdim”.

Loading

Next Post

“Rublun dəyərsizləşməsi Azərbaycan ixracatçılarına problem yaradır” – Millət vəkili  

Rusiya rublu dəyər itirməkdədir. Son 2 ayda rubl dollara nisbətən 14.0 faiz ucuzlaşıb. Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramovun fikrincə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rublu sıxmaqdadır: “Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın […]