İşğaldan azad edilən əraziyə ezam olunan iki polis ehtiyatsız davranış səbəbindən həyatını itirdi

Oxunma vaxtı:21 Saniyə

Bu gün saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

Loading

Next Post

Paşinyan 4 kəndi Azərbaycana verməyə hazırlaşır - Erməni deputat

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransı ölkədə geniş əks-səda doğurub. Xüsusilə də onun mətbuat konfransında Azərbaycanın 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) barədə açıqlaması ciddi rezonansa səbəb olub. Hazırda Ermənistanın Tavuş rayonunun tərkibində olan işğal edilmiş həmin kəndlərdən danışan Paşinyan deyib: “Ermənistan […]