AFFA dörd komandaya texniki məğlubiyyət verib

Oxunma vaxtı:27 Saniyə

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib.

Bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb.

U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) – “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda olmayıblar.

U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetərsay olmayıb.

Nəticədə AFFA İntizam Komitəsi “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verib.

Loading

Next Post

Zelenski İlham Əliyevə təbrik məktubu ünvanladı

Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məktubda deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və əmin-amanlığının təmin olunmasında Sizə yeni böyük nailiyyətlər arzu edirəm. Əminəm ki, yenidən Prezident […]