UEFA Avropa Liqası: “Qarabağ” bu gün İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək

Oxunma vaxtı:25 Saniyə

“Qarabağ” bu gün UEFA Avropa Liqasında İngiltərənin “Tottenhem” klubu ilə üz-üzə gələcək.

Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.

“Tottenhem” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi, I tur

26 sentyabr

23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ”

Baş hakim: Villi Delajo (Fransa).

London, “Tottenhem Hotspur” stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin “Malmö” kollektivini qəbul edəcək. “Tottenhem” isə Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.

Loading

Next Post

Moldovada RİA “Novosti” saytına giriş bloklanıb

Moldovada RİA “Novosti” saytına giriş bloklanıb. Bloklama qərarı Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş arzuolunmaz Rusiya KİV-nin siyahısını genişləndirmək çərçivəsində qəbul edilib. Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi ABŞ-nin RT və “Rossiya Seqodnya” xəbər agentliyinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib. RİA “Novosti” xəbər agentliyinin resurslarının bloklanması ilə […]