Partlayışda ölən qadının iki övladı yaralanıb – RƏSMİ

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

Rayon prokurorluğundan bildirilib ki, Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda onların müalicəsi davam edir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Loading

Next Post

Media ilə bağlı yeni cərimələr qüvvəyə mindi 

Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz […]