Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək

Oxunma vaxtı:38 Saniyə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb psixoloqları üçün müsabiqə elan edir.

İdarədən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

Sənəd qəbulu 29.03.2024-cü il tarixindən 06.04.2024-cü il tarixinə qədər həyata keçiriləcək. Namizədlər müvafiq sənədləri ptpk@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlər müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.

Loading

Next Post

Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI

Cenevrə şəhərində Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş baş tutub. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. Sədr bildirib ki, aparılmış müzakirələr zamanı iki ölkə arasında əlaqələrə parlamentin töhfəsi barədə danışılıb. Xatırladaq ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və […]