Havanın temperaturu 10 dərəcə enəcək – XƏBƏRDARLIQ

alfonsonri
Oxunma vaxtı:57 Saniyə

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək.
Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, bəzi yerlərdə arabir 35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Loading

Next Post

Günün qoroskopu: şəxsi həyatınızda dəyişikliklər mümkündür

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç – uğurlu gündür. O, iş və təhsillə bağlı istənilən məsələnin həlli üçün uyğundur. İntellektual potensialınız çox yüksəkdir, siz yorğunluq hiss etməyəcəksiniz. Sərfəli əməkdaşlıq qurmaq üçün şansınız var, insanlar sizə tərəf can atırlar, onlarla […]