İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanılıb

alfonsonri
Oxunma vaxtı:56 Saniyə

Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər məhkum olunmuş Dəyanət Nəcəfov saxlanılıb.

Bu əməliyyat zamanı ilk olaraq saxlanılan D.Nəcəfovdan satmaq istədiyi heroin və metamfetamin bükümləri götürülüb. Onun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də aşkara çıxarılıb. Belə ki, D.Nəcəfovun həmkəndlisi Qadir Məmmədovdan sadalanan narkotikləri aldığı müəyyən edilib. Əməliyyatın növbəti mərhələsində əvvəllər məhkum olunmuş Q.Məmmədovun yaşadığı ünvana təxirəsalınmaz baxış keçirilib. Buradan külli miqdarda – 1 kiloqram 675 qram heroin və 325 qram metamfetamin aşkar edilərək götürülüb. Q.Məmmədovun ətrafında aparılan araşdırmalarla “Peyman” adlı İran sakini ilə sosial şəbəkələr vasitəsilə cinayət əlaqəsi qurduğu müəyyən edilib. Tərəflər arasında sonuncu dəfə onlayn alqı-satqıdan sonra Q.Məmmədov narkotiki Bakı şəhərindən götürərək Ağcabədi rayonuna gətirib ki, burada polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub.

Adıçəkilən şəxslər barəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Loading

Next Post

G7 XİN başçıları Rusiyaya qarşı sanksiyaları saxlamaq barədə razılığa gəliblər

G7 xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər. TASS xəbər verir ki, onlar bu barədə Yaponiyanın Karuizava qəsəbəsində (Naqano prefekturası) keçirilən G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş […]